“Əhmədin atası iki gün əvvəl dedi ki…” - Yaxınları dəhşətli hadisə barəsində NƏLƏR DEDİ? / VİDEOlar

13.02.2024 21:20
652
65cba5a08eb4c202402242344

Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemləri olub.

Azsabah.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ailənin yaxınları jurnalistlərə açıqlamasında bildirib.

“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam” – ailə yaxınları deyib.

Məlumata görə, Əhməd ailədən ayrı yaşayıb, subay olub:

“Amma ailənin əli Əhmədin üstündə idi. Gündəlik 25-30 manat da pul verirdilər. Bir maşın da ayırmışdılar, taksi fəaliyyəti ilə məşğul olurdu”.