Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Avqustun 12-nə keçən gecə...

07.08.2022 00:02
522
Baki
Astronomlar tərəfindən ilin ən mühüm hadisələrindən biri kimi göstərilən Perseid meteor yağışına sayılı günlər qalıb.

AZSABAH.COM AZXEBER.COM-a istinadən xarici mediaya istinadən xəbər verir ki, saatda 100-ə yaxın meteoritin keçəcəyi gözlənilən meteor yağışı avqustun 11-dən 12-nə keçən gecə pik həddinə çatacaq. 
Hər kəsin həyəcanla gözlədiyi həmin gecədə dünyaya daxil olan meteoritlərin sürəti saniyədə 66 kilometr civarında olacaq.

TÜBİTAK Milli Rəsədxanasının (TUG) məlumatına görə bu hadisə dünyada 8 ildən bir baş verir.