Əhali qızılcaya kütləvi yoluxur- Məktəblər bağlanır?

30.11.2023 21:31
379
6568c75a0390b202311233314
“Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik, məlumatları toplayırıq. Hazırda əlimizdə olan məlumatlara əsaslansaq, hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq”. 


AZSABAH.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.


Məktəblərdə qızılca xəstəliyinin yayılmasına münasibət bildirən nazir əlavə edib ki, hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur:


“Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik”.