Əgər məscidlər açılarsa... - Sevinc Əzimbəylidən VACİB XƏBƏRDARLIQ

25.08.2020 22:47
536
"Kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyəti yenidən pisləşdirə bilər. Nəticədə karantin rejiminin daha da uzadılması və yenidən sərtləşməsi məsələsi gündəmə gələ bilər".

AZSABAH.COM-a bu barədə danışan "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli indi ən prioritet məsələnin canımızı qorumaq olduğunu deyib: 
“Can Allahın verdiyi əmanətdir. Biz bu əmanətə sahib çıxmalı və qorumalıyıq. Bu günlərdə məscid hər kəsin öz evi olmalı və dini ritualları orada keçirilməlidir. Xüsusilə Qarabağ kimi dərdimiz olduğunu nəzərə almalı və canımızı qorumalıyıq. Azərbaycanın milli mənəvi dəyərlərinin təəsübkeşi, həmçinin əhli-behyt irsinin təəsübkeşi də Azərbaycan dövlətidir".
Loading...

close
close