Əgər islam bərabərhüquqludursa, niyə qadın peyğəmbər göndərilməyib? - Elşaddan AÇIQLAMA

08.03.2024 22:44
271
65eb5c8c1db26202403244428

İslam inanclarına görə, bəşər tarixində 124 min peyğəmbər olub. Amma vəhyalma xüsusiyyətlərinə görə onlar bir-birindən fərqlənmişlər. Məhz bu deyilən xüsusiyyətə görə biri digərindən üstün olmuşdur. Onların əksəriyyəti nəbidirlər. Yəni həm qeybdən gələn səslər vasitəsilə, həm də yuxuda vəhy almaqla vəhy mələyini gözləriylə görə biliblər.

Maraqlı və sual doğuran məqamlardan biri də budur ki, 124 min peyğəmbərin olduğu iddia edildiyi təqdirdə niyə məhz qadın peyğəmbər Yer kürəsinə göndərilməyib. Baxmayaraq ki, islam dininin müqəddəs kitabı sayılan Qurani-Kərimdə qadınla kişinin bərabərhüquqlu olduğu qeyd edilir.

Əgər bərabərhüquqludursa, niyə qadın peyğəmbər göndərilməyib?