Efirdə Rəmiş mübahisəsi: Gitaraçı Rəhman əsəbləşərək efiri tərk etdi

05.12.2023 21:06
531
656f58e085bc1202312230744

Gitara ifaçısı Rəhman Məmmədli ATV kanalında yayımlanan "Rəngarəng səhər" verilişini tərk edib.

AZSABAH.COM Teleqraf.com-a istinadla xəbər verir ki, buna səbəb aparıcı Zaur Nəbioğlunun Rəhman Məmmədliyə “Bu gün rəhmətlik gitara ifaçısı Rəmiş belə hansısa xarici ölkədə mənim qədər hörmət görməyib ifadəsini söyləmək, məncə, düzgün deyil” sözləri olub.

O, aparıcıya belə cavab verib: “Bu sözləri sən deyirsən. Zaur, mənə yanlış suallar vermə. Mən səndən yaşca çox böyüyəm və nə danışdığımı da çox gözəl bilirəm. “Rəmiş gitarası ilə xarici ölkədə hörmət görməyib” sözlərini mən nə zaman demişəm? Qalmaqalı belə yaradırsınız. Nə zaman demişəm ki, Rəmiş bu hörməti görməyib?”

Zaur Nəbioğlunun “Demisiniz ki, Azərbaycan gitarası bu qədər hörmət görməyib. Rəmiş Azərbaycan gitarasının banisidir” sözlərinə cavabda Rəhman Məmmədli deyib: "Mən demişəm ki, Azərbaycan gitarasına bu qədər hörmət olunmamışdı. Rəmiş adını niyə yapışdırırsan? Səndən öncə demişəm ki, Rəmiş Azərbaycan gitarasının banisidir. Bu verilişə gəlməklə çox böyük səhv etdim.. Artıq əsəbiləşdim".

Canlı efirdə sənətçinin mikrofonu söndürülüb və o, gitarasını götürərək efirə tərk edib.