Efirdə DAVA: Həkimlə jurnalist bir-birinə mikrofon atdı - VİDEO

09.02.2024 23:09
403
65c6788a19d18202402241002

"Space" TV-nin "Gəl danış" ictimai-sosial verilişinin canlı efirində ekspertlər arasında qalmaqal yaşanıb. 

Azsabab.com Bizim.media-ya istinadən bildirir ki, sözügedən proqramda ekspert qismində iştirak edən xanım jurnalistin danışarkən əl-qol hərəkətləri etməsi onun yanında əyləşən həkimin qəzəbinə səbəb olub. 

"Mən görmüşəm ki, jurnalist savadlı danışar. Şüvənlik salmısınız. Siz yalnız qışqırırsınız", - deyə həkim etiraz edib. 

Bundan sonra o, ayağa qalxaraq əlindəki mikrofonu qadın jurnalistin üzərinə atıb və əyləşdiyi kürsünü yan tərəfə çəkib. Bu anda isə jurnalist həkimin etdiyi hərəkəti təkrarlayaraq mikrofonu qarşı tərəfin üzərinə atıb. Verilişin növbəti dəqiqələrində ikili ayaq üstə bir-birinin üzərinə gedərək dalaşıblar. 

Onların bu davası əlbəyaxa olmasın deyə proqramın aparıcısı Amil Xəlil müdaxilə etmək məcburiyyətində qalıb. Tərəflərin mikrofonu söndürülüb.

Efirdə baş verən həmin gərgin anları təqdim edirik: