Dünyaya ELAN EDİLDİ: koronavirusun PEYVƏNDİ TAPILDI

05.05.2020 19:11
594

İsrail alimləri koronavirusa qarşı peyvəndin yaradılması istiqamətində irəliləyişə nail olublar.

AzSABAH.COM Virtualaz.orga istinadən istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə naziri Naftali Bennetta məlumat verib.

Onun sözlərinə görə, İsrail Bioloji Tədqiqatlar İnstitutunun məxfi laboratoriyasına baş çəkib və ona yoluxmuş bir şəxsin bədənindəki koronavirusu neytrallaşdıra bilən antitelin necə işlədiyi göstərilib.

"Bu antitellər virusa hücum edib və onu xəstənin bədənində zərərsizləşdirə bilirlər”, - nazir deyib.

O əlavə edib ki, hazırda patent qeydiyyata alınır və daha sonra kommersiya istehsalına başlanılacaq. Bununla birlikdə, nazir peyvəndin hazırlanması müddətini göstərməyib.

İsrail alimlərinin apardıqları tədqiqat nəticələri “Nature Communications” jurnalında dərc edilib.

Loading...

close
close