Dünyanın gözlədiyi MÖHTƏŞƏM XƏBƏR GƏLDİ: alimlər koronavirusu yox edən ÜSULU TAPDI

30.06.2020 22:05
1098

İsveçin və Cənubi Afrika Respublikasının elm adamları koronavirusun ikinci dalğasının qarşısının alınması üçün əhəmiyyətli araşdırma aparıblar.

AZSABAH.COM Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, elm adamları Alpakalarda formalaşan antikorlar vasitəsilə yeni növ koronavirusu məhv etməyə nail olublar. Məlumata görə, antikorlar COVID-19-u təsirli şəkildə məhv edib. Alimlər hesab edir ki, bu nəticə koronavirusa qarşı peyvəndin hazırlanmasında önəmli rol oynaya bilər.

Qeyd edək ki, Alpaka dəvə növüdür. Antikorlar isə Alpakanın o cümlədən digər çoxhüceyrəli heyvanların immunitet sistemi tərəfindən yad quruluşlarla mübarizə aparmaq üçün ərsəyə gətirilən molekullardır.(Redaktor.az)

Loading...

close
close