Dünyaca məşhur futbolçu “Qalatasaray”da - FOTO

08.09.2022 00:36
4203
Galatasaray
Türkiyənin “Qalatasaray” klubu Fransanın PSJ komandasından argentinalı futbolçu Mauro İkardini sıralarına qatıb.

AZSABAH.COM xəbər verir ki, hücumçu Türkiyə klubu ilə icarə əsasında fəaliyyət göstərəcək.

Mauro İkardi mövsümün sonunadək klubda qalacaq.

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın “Barselona”, İtaliyanın “Sampdoriya” və “İnter” klublarında çıxış edib.