Dünya mediası "Qarabağ" haqda GÖRÜN NƏLƏR YAZDI

15.03.2024 11:12
429
65f3f50a8ac67202403241314

Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer 04″ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Azsabah.com KONKRET.az-a istinadən xəbər verir ki, məşhur idman saytları təmsilçimizin oyunu barədə paylaşımlar edib.

Daily Sports: “Qarabağ” nağıl kimi uğurun bir addımlığında idi. “Bayer”dən möhtəşəm geridönüş

BR Football: 10 nəfərlə oynayan “Qarabağ” 2:0 hesabı ilə “Bayer”ə qalib gəlməyə çox yaxındır (“Qarabağ”ın 2:0 hesablı üstünlüyü zamanı)

BBC Sport: “Bayer”in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu

Socrates: “Bayer”in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı – Qarabağ FK

TRT Sports: Qurban Qurbanovun “Qarabağ”ı Avropaya damğa vurdu, amma olmadı

bbc.com – “Bayer Leverkuzen” “Qarabağ”ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi

Relevent Sports: “Bayer” “Qarabağ” tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi

Beinsports.com – “Bayer” Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı

Vavel.com – “Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı
Flashscore.com – Patrik Şikin qəhrəmanlığı “Bayer”ə “Qarabağ” üzərində qələbə qazandırdı

Goal.com – Xabi Alonso ölümsüzdür! “Bayer Leverkusen” inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu
espndeportes.com – Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi.

Marca.com – Xabi yenə sarsılmadı – “Bayer Leverkusen” ilk oyunda olduğu kimi geri dönüş etdi

Fanatik.com.tr – “Bayer Leverkuzen” – “Qarabağ” matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu

Sportbox.ru – “Bayer” “Qarabağ”ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib.Offsideplus.az