Dünən şəhid olan hərbçimizlə bağlı ÜRƏKDAĞLAYAN FAKTLAR: Nişanlı imiş və... - FOTO

06.08.2022 10:11
287
photo_11257751

Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının (MR) sakini olub.

AZSABAH.COM Oxu.Az-a istinadla xəbər verir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub.

B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç bacının bir qardaşı olub.

B.Əliyev nişanlı olub.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.