DTX-ya daha bir vəzifə həvalə edildi

08.01.2024 19:30
219
659c14c549f9c202401242909

Nazirlər Kabineti "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

 Qərara əsasən, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinin sanitar-epidemioloji, ambulator-poliklinik və stasionar yardım üzrə tibb xidmətləri ilə təmin olunması "Hərbi qulluqçuların statusu haqqında”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçiriləcək.