Dollarla bağlı mühüm qərar - AÇIQLANDI

13.05.2020 18:53
439

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) mənfi uçot dərəcəsini tətbiq etmək niyyətində deyil və bu məsələni heç nəzərdən də keçirmir.

AzSABAH.COM-un Apa-ya istinadla verdiyi məlumata görə, bunu FED-in sədri Cerom Pauel deyib.

Prezident Donald Trampın mənfi uçot dərəcəsinin tətbiq edilməsi barədə çağırışını şərh edən sədr belə bir monetar siyasətin səmərəliyinin sübutlarının birmənalı olmamasını qeyd edib.

C. Pauel əlavə edib ki, ABŞ iqtisadiyyatının inkişaf perspektivləri qeyri-müəyyəndir və gələcəkdə daha kəskin azalma riskləri mövcuddur.

Xatırladaq ki, aprelin sonunda FED illik uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.

Qeyd edək ki, FED ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturudur.

Loading...