Dizelin qiyməti rekord həddə QALXDI

13.02.2024 12:07
1007
65cb237e5b487202402240830

Türkiyədə yanacağın qiymətlərinə yeni qiymət artımı əlavə edilib.

Azsabah.com Türkiyə mtbuatına istindən xəbər verir ki. dizelin litr qiyməti 2,57 lirə bahalaşıb. Sonuncu artımla dizelin litr qiyməti fevralın 13-dən etibarən 44,29 TL olub. Beləliklə, Türkiyədə dizelin litr qiyməti rekord həddə çatıb.

Benzinin qiymətində artım olmayıb. Benzinin litr qiyməti isə 39,42 TL-də qalıb. Dizel qiymətlərindəki artımdan sonra benzinlə dizel qiymətləri arasındakı fərq 5 TL-ni keçib.

Dizelin qiymətinin son artımından sonra ilin əvvəlindən qiymətlər 18,5 faiz artıb.