DİN təcili MƏLUMAT YAYDI

03.07.2020 15:41
494

Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi və aksiya keçirməsi ilə bağlı açıqlama verib.

AZSABAH.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu gün səhər saat 10:30 radələrində Saatlı rayonunun bir qrup kənd sakini toplaşaraq ərazidən keçən magistral avtomobil yolunu bağlamağa cəhd ediblər:

"Dərhal hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları və rayonun digər aidiyyəti qurumlarının rəhbər şəxsləri gəliblər. Sakinlərlə profilaktik söhbətlər aparılıb, onlardan bir neçə sakin rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilib. Heç bir insident, polisə qarşı müqavimət olmayıb. İctimai asayiş tam bərpa olunub. Yolu bağlamağa cəhdin qarşısı alınıb”.

Loading...