DİN-dən əhaliyə XƏBƏRDARLIQ: “Təhlükə var”

11.02.2024 08:15
319
65c84a1a1293f202402241626
“Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”.


Ətraflı


Azsabah.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.


Mətbuat Xidmətinin rəisi qeyd edib ki, təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir:


“Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”.