DİM-dən qəbul imtahanları ilə bağlı YENİLİK

17.01.2024 21:38
139
65a810b5df502202401243901

2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki, bu il magistraturaya qəbul imtahanında kitabçaların iştirakçılara təqdim olunması nəzərdə tutulub.


Azsabah.com xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.


“Bu yaxınlarda keçirilən sınaq imtahanında da bakalavrlara kitabçaları özləri ilə aparmağa icazə verildi. Hətta əlavə olaraq tapşırıqların izahı əvvəlcə canlı yayım, daha sonra isə yazılı şəkildə ictimaiyyətə təqdim olundu” - deyə, qurum rəsmisi bildirib.