"Deyirlər ki, Emil pis vərdişdən vəfat edib": Rəhman Rəhmanovdan oğlu ilə bağlı ŞOK AÇIQLAMA

05.12.2023 22:26
388
656f6bc478256202312232820

"Emil çox yaxşı əllərdə idi. Sabrina ona çox yaxşı baxırdı. Ailəsi, evi var idi. Toylardan, şou-proqramdan birlikdə yaxşı pul qazanırdılar. Hətta hərdən mən onlara gedəndə Emil "paçka" ilə yüzlükləri çıxarıb deyirdi ki, "Maaşa baxan adamsan, götür xərclə".

AZSABAH.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında mərhum müğənni oğlu Emil Rəhmanoğludan danışarkən deyib. Sənətçi qeyd edib ki, bəziləri onun pis vərdişinə görə vəfat etdiyini iddia edir:

"Hər şeydən arxayın idim. Çünki Sabrina kimi çox gözəl ailəsi və övladları var idi. Reablitasiyadan çıxmışdı, yaxşı vəziyyətdə idi. Bəzi ağzıgöyçəklər deyir ki, "Emil pis vərdişdən dünyasını dəyişdi". Xeyr, vəfat edəndə həkimlərdən möhürlü sənəd almışam ki, ürəyində tromp olub. O bir xəstəlikdir, bəladır ki, insanların çoxu trompdan vəfat edir. Məgər, hamı başqa işlə məşğul olur?".

Qeyd edək ki, Emil Rəhmanoğlu sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.