Dərslər bu tarixdən başlayır - AÇIQLANDI

11.05.2020 15:43
1253

İranda may ayının 16-dan orta məktəblərdə dərslər başlayacaq. 

AzSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii deyib.

Onun sözlərinə görə, məktəbdə keçirilən dərslərdə şagirdlərin iştirakı məcburi olmayacaq.

“Məktəblər tibbi göstərişlərə əməl edilməsi şərti ilə açılır. Buraxılış imtahanlarında da bu qaydalara əməl olunması şərtdir”.

Ə. Rəbii Qədr gecələrində məscidlərdə məhdud şəkildə insanın iştirakı ilə mərasimlərin keçiriləcəyini, həmin mərasimlərin canlı olaraq televiziyada yayımlanacağını bildirib.

Qeyd edək ki, İranda ilk koronavirusa yoluxma halı fevralın 19-da qeydə alınıb. Bu günədək ölkədə 107 mindən çox şəxs virusa yoluxub ki, onlardan 6640-ı vəfat edib. Təxminən 86 min adam xəstəlikdən sağalıb.
Koronavirusa yoluxma halı qeydə alınan kimi virusun yayılmasının qarşısını almaq üçün hökumətinin gördüyü ilk tədbirlərdən biri də məktəblərin və digər təhsil müəssisələrinin bağlanması barədə qərar idi.

Loading...