Dərslər bu qaydada AÇILIR - DƏQİQ TARİX BİLİNDİ

06.09.2021 21:39
11558

Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağı tarixlər açıqlanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Caliber.Az məlumat yayıb.

Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən sabah keçiriləcək brifinqdə bəyan olunacaq bu məsələ ilə bağlı artıq müvafiq qərar qəbul edilib.

Beləliklə də, sentyabrın 22-də ibtidai siniflərə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə dərslərə başlanacaq.

Verilən qərarlarla bağlı bütün detalların Təhsil Nazirliyi tərəfindən sabah saat 14:00 -da keçiriləcək brifinqdə açıqlanacağı gözlənilir.

Loading...