Dekabrın bu günləri ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - Təhlükə YAXINLAŞIR

17.12.2023 11:46
434
657ea7cf83e10202312234831
Bu ilin sonuna qədər 3 maqnit qasırğası gözlənilir. Onlardan biri dekabrın 18-də proqnozlaşdırılır və iki gün davam edəcək. İkincisi isə bir günlük olacaq və dekabrın 22-də Yerə çatacaq.

AZSABAH.COM xəbər verir ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının alimlərinin verdiyi məlumata görə, 2023-cü il dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Yer kürəsini maqnit qasırğası bürüyəcək. Yalnız yeni ilin ikinci günündə səngiməyə başlayacaq.