Dekabrın 18 və 22-si ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - Təhlükə GƏLİR

16.12.2023 23:26
347
657dfa1f32354202312232727
Bu ilin sonuna qədər üç maqnit qasırğası gözlənilir.

AZSABAH.COM xəbər verir ki, onlardan biri dekabrın 18-də proqnozlaşdırılır və iki gün davam edəcək. İkincisi isə bir günlük olacaq və dekabrın 22-də Yerə çatacaq.


Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının alimlərinin verdiyi məlumata görə, 2023-cü il dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Yer kürəsini maqnit qasırğası bürüyəcək. Yalnız yeni ilin ikinci günündə səngiməyə başlayacaq.