Dəhşətli zəlzələ BÖYÜK QORXU YAŞATDI: İnsanlar küçələrə axışdı - VİDEO - FOTOlar

23.01.2024 01:41
479
65aee1da8e7cd202401244458

Xəbər verdiyimiz kimi, Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Azsabah.com milli.az-a istinadən xəbər verir ki, zəlzələdən sonra əhali qorxu içində evlərini tərk ediblər. 

Böyük həyəcan keçirən bina sakinləri küçələrə axışıb. Bu barədə görüntülər sakinlərin biri tərəfindən lentə alınıb.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

Qeyd edək ki, Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub. Daşkəndin özündə isə 3 bal olub. Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub.