Dəhşətli ZƏLZƏLƏ BAŞ VERDİ: Yüzlərlə ölü, ÇOX SAYDA YARALI VAR

22.06.2022 10:51
424
photo_95300893

Əfqanıstanın cənub-şərqində baş vermiş 6,1 bal gücündə zəlzələ nəticəsində azı 250 nəfər həlak olub.

AZSABAHA.COM-un məlumatına görə, yerli rəsmilər ölü sayının arta biləcəyini deyib.

Bundan başqa, 150-dən çox sakin xəsarət alıb.

Qeyd olunur ki, yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.

Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.