Dəhşətli YANĞIN BAŞLADI - Küçələr bağlandı, 110 yanğınsöndürən hadisə yerində

10.05.2020 23:41
1172

Almaniyanın Berlin şəhərinin şimalında Tegel rayonunda böyük yanğın baş verib. Yanğın Florştrasse küçəsində olan anbarları əhatə edib.

AzSABAH.COM-un məlumatına görə, bu barədə Berlinin yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, 110 yanğınsöndürən hadisə yerində işləyir. Hüquq-mühafizə orqanları yaxınlıqdakı küçələri bağlayıblar. Hakimiyyət orqanları ətrafdakı evlərin sakinlərini pəncərə və qapıları bağlamağa çağırıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur. (Trend)

Loading...