DƏHŞƏTLİ XƏBƏR: Novruz faciəsi - Ölənlər var

21.03.2024 09:41
407
65fbc8eada95c202403244306
İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən təşkil edilən şənliklərdə səkkiz nəfər ölüb.


Azsabah.com KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.“Fevralın 20-dən martın 11-dək “Çərşənbə Suri” (Novruz) bayramının qeyd edilməsi ilə bağlı baş verən hadisələr nəticəsində 338 nəfər yaralanıb, onlardan səkkiz nəfəri ölüb”, – məlumatda deyilir.


Qeyd olunur ki, 28 nəfər əzalarını itirib, 159 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 113 nəfər isə gözündən yanıq xəsarəti alıb.


Hazırda 11 nəfər xəstəxananın reanimasiya şöbəsindədir.


İranda Nouruz bayramı, baharın gəlişi ilə əlaqədar şənliklər 2-3 həftə əvvəldən başlayır.