DƏHŞƏTLİ XƏBƏR GƏLDİ: 3 hərbçimiz HƏLAK OLDU

02.01.2022 23:03
70
photo_94890237

Bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

AZSABAH.COM xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Loading...