Dəhşətli qətlin gizli VİDEOSU YAYILDI

02.03.2024 00:48
968
65e23f5887786202403244928

Rusiyanın  Krasnodar  vilayətində   iş adamının öldürülməsi anı videoya düşüb.

Azsabah.com xəbər  verir  ki,  REN TV-nin məlumatına  görə, martın 1-də günorta saatlarında Budyonnı küçəsində 55 yaşlı Andranik Qriqoryan Yakub Həmid Tureyə atəş açıb, sonuncu  aldığı yaralardan ölüb.


Görüntülərdə əlində silah olan bir adamın avtomobildən düşərək rəqibinin sinəsinə bir neçə dəfə atəş açması əks olunub.

 

58 yaşlı iş adamı yerindəcə dünyasını dəyişib.

 

Hücum edən şəxs polisə təslim olub. REN TV-nin mənbəsinin məlumatına görə, Qriqoryan sahibkara təxminən 7 milyon rubl borclu olub və borcunu qaytarmamaq və evini itirməmək üçün onu öldürüb