Dəhşətli partlayışlar BAŞ VERDİ - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

13.10.2021 16:28
9290

Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur" - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəncədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb.

Loading...