Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.