DƏHŞƏTLİ OLAY: Reysə gecikən kişi uçuş-eniş zolağına doğru qaçdı, təyyarənin motoru… - VİDEO

21.01.2024 14:56
511
65acf9153d8a6202401245933

ABŞ-də Solt-Leyk-Siti aeroportunda dəhşətli hadisə baş verib. Belə ki, reysə gecikən kişi uçuş eniş zolağına qaçaraq hərəkət edən təyyarənin qarşısına çıxıb. Lakin hava gəmisinin motoru onu özünə çəkib.

Faciə nəticəsində kişi yerindəcə keçinib.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

Kadrlardan aydın olur ki, kişi əvvəlcə terminaldan keçmək istəyir, buna nail olmadıqda ehtiyat çıxışının qapısını sındıraraq uçuş-eniş zolağına çıxıb.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: Airlinehaber.com