DƏHŞƏTLİ HADİSƏ: məşhur futbolçu maşını ilə 200 metrlik qayalıqdan dərəyə aşdı, ölmədi - FOTO

28.06.2020 10:42
195

Braziliyanın "Kruzeyro" futbol komandasının yarımmüdafiəçisi Enrike yol qəzasına düşüb.

AZSABAH.COM bu barədə “Report”a istinadla xəbər verir. 

Nəşrin məlumatına görə, futbolçunun avtomobili 200 metrlik qayalıqdan düşüb. Zərərçəkənin xilas edilməsi üçün dörd yanğınsöndürən maşın cəlb edilib. Qeyd edilir ki, futbolçu şok vəziyyətindədir, bu səbəbdən o, yol-nəqliyyat hadisəsinin səbəblərini izah edə bilməyib. 

Futbolçunun meneceri isə qeyd edib ki, Enrike sıyrıntılarla canını qurtarıb, ancaq buna baxmayaraq xəstəxanaya yerləşdirilib. Futbolçu hazırda həkim nəzarəti altındadır.


Loading...

close
close