Hindistanın şimalındakı Uttar-Pradeş ştatında aramsız leysan yağışları ciddi fəsadlar törədərək, çox sayda insan ölümünə səbəb olub.
AzSABAH.COM-un xəbərinə görə, daşqınlar nəticəsində infrastruktura ciddi ziyan dəyib və azı 43 nəfər həlak oldub.
Hidrometeoroloqlar leysanın bu gün də davam edəcəyini proqnozlaşdırır.