DƏHŞƏTLİ HADİSƏ: çayda boğulan 1 nəfəri xilas etmək istəyən 7 uşaq öldü

22.06.2020 09:55
656


09:30

Çində 7 ibtidai sinif şagirdi çayda boğulan yoldaşlarını xilas edərkən özləri də boğulub.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, insident Tunnan rayonunun Misin kəndində baş verib.

Məlumata görə, Misin kəndində yaşayan 10-12 yaşlarında 8 uşaq görüşərək qonşu Tunszya kəndinə gəzməyə gediblər və burada Fuszyan çayının sahilində oynayıblar. Bu vaxt uşaqlardan biri çaya yıxılıb, digər yeddisi isə onu xilas etməyə çalışıb, ancaq özləri də çaya yıxılıblar.

Hadisə barədə xilasetmə xidmətinə məlumat verilib və çayda boğulan uşaqların axtarışlarına başlanılıb. Bu gün yerli vaxtla saat 07:10-da səkkiz uşağın cansız bədəni sudan çıxarılıb.

Loading...

close
close