DƏHŞƏTLİ HADİSƏ: Rektor özünü GÜLLƏLƏDİ - FOTO

22.10.2022 19:05
13152
Tapanca

Kiyevdə Boris Qrinçenko adına Kiyev Universitetinin rektoru Viktor Oqnevyuk özünü güllələyib.

AZSABAH.COM-un Ukrayna mediasına istinadla xəbərinə görə, intihar istintaqın versiyalarından biridir, çünki rektor güllə yarası ilə tapılıb. Onu xilas etməyə çalışsalar da, uğursuz olub.

"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.

Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.

Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir.(Lent.az)