DƏHŞƏT! Dünyada daha bir müharibə başlaya BİLƏR!

05.12.2023 23:15
444
656f7754ccefb202312231740

Venesuela qonşu Qayananın bir hissəsinə iddia edir. Maduronun keçirdiyi referendumda səs verənlərin 95 faizi ərazinin ilhaqı ideyasını dəstəkləyib.

AZSABAH.COM xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 3-də Venesuelada keçirilən referendumda 10,5 milyon seçicinin 95 faizindən çoxu rəsmi olaraq qonşu Qayanaya məxsus olan neftlə zəngin Qayana-Essekibo ərazisi üzərində suverenliyin yaradılmasının lehinə səs verib.

Rəsmi məlumatlara görə, venesuelalıların əksəriyyəti yeni Essequibo əyalətinin ölkəyə əlavə olunmasını dəstəklədiklərini bildiriblər. Prezident Maduro səsvermənin bu nəticəsini mütləq qələbə adlandırıb.

Qayana belə bir referendumun keçirilməsini Venesuela hökumətinin başqa bir ərazini ilhaq etmək planına haqq qazandırmaq üçün təcavüzkar cəhdi kimi pisləyib.


Guyana-Essequibo əsrlər boyu ərazi mübahisələrinin səbəbi olmuşdur. Karakas deyir ki, 1800-cü illərin əvvəllərində ölkə İspaniyadan müstəqillik qazananda bölgə Venesuelaya keçib. Qayana hökuməti cavab olaraq bildirdi ki, Guyana-Essequibo ərazisi sonradan müstəqil Qayana olan Britaniya Qvianasının bir hissəsidir.

Lakin Venesuela heç vaxt ona qoşulmayıb, Guyana-Essequibo həmişə ölkənin xəritələrində mübahisəli ərazi kimi qeyd olunur.

2015-ci ildə dünyanın ən böyük neft şirkətlərindən biri olan Amerikanın ExxonMobil şirkəti Qayana-Essekviboda böyük neft yatağı kəşf edəndə bu münaqişə yenidən alovlandı.

Ərazi məsələsi üzrə ümumxalq səsverməsi Venesuela prezidenti Nikolas Maduronun təşəbbüsü ilə keçirilib.

Səsvermənin nəticələrinə əsasən rəsmi Karakasın nə edəcəyi hələlik bəlli deyil, lakin müşahidəçilər mübahisəli ərazinin güc yolu ilə ələ keçirilməsi cəhdinin beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə etiraz ediləcəyini deyirlər.

Venesuelaya təsir etməyin yollarından biri ABŞ-ın ölkənin neft şirkətlərinə qarşı sanksiyalarının bərpası ola bilər. Bu cür sanksiyalar uzun illərdir qüvvədədir və yalnız bu ilin oktyabrında yumşaldılıb.