DƏHŞƏT: Azərbaycanda polis ÖZÜNÜ ÖLDÜRDÜ

28.10.2022 10:34
2808
Tapanca
Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

AZSABAH.COM-a bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.