Dayanacaqda avtobus gözləyən qadına bu hərəkətinə görə çoxlu pul verdilər - VİDEO

27.02.2024 23:25
361
65de37165694f202402242510

Dayanacaqda çəkilən sosial çarx sosial şəbəkələrdə sürətlə yayımlaqdadır.

Azsabah.com bildirir ki, yaşlı kişi dayanacaqdakı şəxslərə yaxınlaşaraq onlardan zəng etmək üçün telefon istəyir. Bir neçə cəhddə çoxları onu özündən uzaqlaşdırır. Bu anda qadınlardan biri kişiyə telefonunu uzadır. Kişi telefonla zəng elədiyi şəxsə ünvan verərək dayanacaqda olduğunu bildirir. Üstündən bir neçə dəqiqə keçməmiş dayanacağa "Lamborghini" və "Gelandewagen" yaxınlaşır. Kişi bu maşınlara əyləşərək getməzdən əvvəl ona telefonunu uzadan şəxsə dollarlar verərək təşəkkürünü bildirir.