Dava qız üstündə olubmuş – Gəncədə məktəblinin öldürülməsinin DETALLARI

23.01.2024 16:39
442
65afb3c46f26d202401244036
Gəncədə məktəblinin qətlinin ilkin səbəbləri məlum olub. 

Azsabah.com lent.az-a istinadən xəbər verir ki, ilkin ehtimala görə hadisə qız üstündə baş verib.

Hadisəsin dəqiq təfərrüatları istintaq zamanı məlum olacaq.

Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.