Dalaşdı, üstünə benzin tökərək yandırdı - Azərbaycanda DƏHŞƏT

27.05.2020 14:44
320

Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

AzSABAH.COM-un verdiyi məlumata görə, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.(Apa)

Loading...

close
close