Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.
AzSABAH.COM-un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.