Daha bir şəhər Azərbaycana QAYTARILIR: ermənilərə TAPŞIRIQ VERİLDİ

06.02.2022 21:00
267
photo_89326523

Bu günlərdə erməni Telegram kanallarından birində Laçın dəhlizinin Şuşa və Laçın şəhərlərindən aralı keçən yeni marşrutunun xəritəsi yayılmışdı. Bildirilirdi ki, yeni marşrutla yol tikintisi davam edir.

AZSABAH.COM virtualaz.org-a istinadən xəbər verir ki, əslində, dəhlizin yeni marşrutu təəccüb doğurmamalı idi.

Çünki 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birində bu haqda danışılır. Orada deyilirdi ki, üç il ərzində Rusiya tərəfinin iştirakı ilə Ermənistanla Dağlıq Qarabağı birləşdirən, Laçın və Şuşa şəhərlərindən yan keçən yeni dəhlizin marşrutu müəyyyən edilməli, yeni yolun çəkilməsi həyata keçirilməli, Rusiya sülhməramlı qüvvələri dəhlizin yeni marşrutu üzrə yerdəyişmə həyata keçirməli və nəhayət Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılmalıdır.