Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") şirkəti iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.
AzSABAH.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı deyib.
O, daxili reyslərin 4 iyunda, beynəlxalq reyslər isə 10 iyunda başlayacağını söyləyib.
Aycının sözlərinə görə, sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklə: "Onlara yalnız əl çantalarını götürməyə icazə veriləcək".