Daha bir məşhur azərbaycanlı xəstəxanaya yerləşdirildi - KORONAVİRUSA GÖRƏ/FOTO

18.06.2020 23:43
1550

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə şair özü Apa-ya məlumat verib.

Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib: "Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".


Loading...

close
close