Daha bir kənd işğaldan AZAD EDİLDİ - Baş Qərargah TƏCİLİ AÇIQLAMA YAYDI

02.07.2022 23:11
182
photo_88753584

Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Cənubi Buq istiqamətində Rusiya hərbçiləri Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib”, - Baş Qərargah açıqlayıb.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini azad edilərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.