Daha bir Əməkdar artist koronavirusa yoluxdu - VİDEO

29.05.2020 10:00
234

Əməkdar artist Şəfəq Əliyevanın ardından bu dəfə digər bir Əməkdar artist, İrəvan Dövlət  Dram Teatrının baş rejissoru Sərvər Əliyev də koronavirusa yoluxub.

AzSABAH.COM Xəzər TV-yə istinadla xəbər verir ki, Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub.

Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə, xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.

Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da, onlardan alınan testin cavabı neqativ çıxıb.

Sərvər Əliyev koronavirusa dırnaq arası baxanlara da səslənib.

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.

Loading...

close
close