Azərbaycanda RƏİS SAXLANILDI: daha bir dövlət idarəsində əməliyyat - FOTO

21.06.2022 16:22
281
photo_64831093

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

AZSABAHA.COM xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.

Əməliyyat çərçivəsində Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin Nəzarət şöbəsinin rəisi Fikrət İsrafil oğlu Hüseynov saxlanılıb.

Hazırda Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

(Qaynarinfo.az)