Daha bir azərbaycanlı hərbçi HƏLAK OLDU - FOTO

25.10.2022 10:00
5019
635788b8f1bf0202210225656

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.