Çox sayda komandir və 200-ə yaxın HƏRBÇİ HƏBS OLUNDU

13.03.2021 13:25
55497

Ermənistanda, təxminən 180 hərbçi, 12 komandir, 2 yüksək rütbəli zabit həbs edilib.

AZSABAH.COM Publika.az-a xəbər verir ki, bu barədə “Joxovurd” erməni qəzeti yazıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin bölmələrində Qarabağ müharibəsi ilə bağlı 12 500-dən çox insanın iştirak etdiyi 1500-ə yaxın cinayət işi açılıb. Bu çərçivədə 500-dən çox insan məhkəməyə verilib.

Qəzetin mənbələrinə əsasən, cinayət işlərinin ilkin istintaqı çərçivəsində 103 mindən çox insanın, o cümlədən 3300-dən çox ölü, 9 mindən çox yaralı, 90 mindən çox “məcburi köçkünün” qurban kimi tanınmasına qərar verilib.

Loading...